Azərbaycanda tanınmışlara qarşı dələduzluq edənlər  tutuldu
23 yanvar 2025 16:14 (UTC +04:00)

Azərbaycanda tanınmışlara qarşı dələduzluq edənlər tutuldu

Sosial şəbəkələrdə tanınmış şəxslərə onların profillərində olan dostlarının adından müraciət edərək pul istənilməsi və bu yolla kibertalama əməllərinin törədilməsi barədə polisə çoxsaylı şikayətlər daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Bakı şəhəri ərazisində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Eldəniz Mehrəliyev və 34 yaşlı Elnur Məmmədov saxlanılıblar.

Onların bu üsulla müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçirdikləri müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

Oxşar yazılar