Zeynəb Ən-Nəimi
23 yanvar 2025 16:25 (UTC +04:00)

Zeynəb Ən-Nəimi

Tiktoker Zeynəb Ən-Nəimiyə HÖKM OXUNDU - VİDEO

Narkotiklərin satışında ittiham edilən tiktoker Zeynəb Ən-Nəimi yə hökm oxunub.

Lent.az-ın verdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən təqsirləndirilən şəxs 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Vüsal Mehrəliyev çıxış edərək Zeynəb Ən-Nəiminin 7 il 1 ay müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Zeynəb Ən-Nəimi tanınmış tiktoker kimi də fəaliyyət göstərib.

Xatırladaq ki, Zeynəb Ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1896
avatar

Orxan Rasifoğlu

Oxşar yazılar