Hindistanda ata cəsədini götürmək üçün qayıdanda oğlunu öldürən ayı onu da parçalayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Suhlal Darro vəhşi heyvanın hücumuna məruz qalan Adju Koreti kəndinin digər sakininə kömək etməyə tələsib. Suhlal faciəvi şəkildə ölüb, lakin Adju həyəcan təbili çalmaq üçün qaçmağı bacarıb.
Mərhumun atası Şankar Darro oğlunun cəsədini almağa gedəndə o, eyni ayı tərəfindən parçalanaraq öldürülüb.
Hər iki cəsəd təpədən endirilib.
İkiqat faciə günorta saatlarında, Suhlal Çhattisqarh ştatının Kanker rayonunda odun yığarkən baş verib.
İnternetdə yayımlanan şok görüntülərdə bir qrup kəndlinin qara ayını qovmağa çalışdığı görünür.
Heyvanın kişilərdən birini yerə yıxıb ona pəncəsi ilə vurmadan əvvəl qrupa hücum etdiyini görmək olar. Kəndlilər vəhşi heyvana çubuqlar atarkən kişi özünü qorumağa çalışaraq bükülüb. Reyncerin müavini Narayan Yadav Şankarı qorumağa çalışarkən yaralanıb.
Meşə təsərrüfatı idarəsi ayını tutmağa çalışır, termal pilotsuz uçuş aparatları vasitəsilə əraziyə nəzarət edilir. Onlar heyvanı keyləşdirməyi planlaşdırırlar.