Türkiyədə azərbaycanlı qəzada ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Esenler adlanan ərazisində baş verib. 35 yaşlı Sərvan Ağayevin idarə etdiyi BMW markalı motosiklet 25 yaşlı Ahmet Nurullahın idarə etdiyi “Fiat” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra motosiklet betona çırpılaraq bir neçə metr sürüklənib.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Sərvan Ağayevin öldüyünü müəyyən ediblər.
Mərhumun meyiti müayinə üçün ekspertiza şöbəsinə təhvil verilib. Araşdırma aparılır.