İlon Maskı Benito Mussolininin  edam edildiyi   meydanda “asdılar”
23 yanvar 2025 19:32 (UTC +04:00)

İlon Maskı Benito Mussolininin edam edildiyi meydanda “asdılar”

Müqəvva zibillə doldurulmuş plastik torbalardan və onlara yapışdırılmış amerikalı milyarderin üzünün fotoşəkilindən hazırlanıb.

İtaliyalı tələbələr Milanın Loreto meydanında amerikalı milyarder İlon Maskın ABŞ prezidentinin andiçmə mərasimi zamanı mübahisəli jestinə reaksiya verərək başıaşağı olan şəklini “asıblar” və bu, İtaliyadakı faşistlərin və nasist Almaniyasındakı nasistlərə verilən “Roma salamı”nı xatırladır.

Maskı “asmış” fəallar solçu Cambiare Rotta (“Kursun dəyişməsi”) qrupuna aiddir. Onlar sosial mediada müqəvvanın şəklini yerləşdiriblər: "Loreto meydanında həmişə yer var, İlon".

Bununla da solçu hərəkatın nümayəndələri Milanın məhz bu meydanında güllələndikdən sonra başıaşağı asılan italyan faşist diktatoru Benito Mussolininin ölüm cəzasına eyham vurublar.

Heykəl zibillə doldurulmuş plastik torbalardan hazırlanıb və ona İlon Maskın üzünün fotoşəkili yapışdırılıb.

Hadisə terrorizm, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərlə bağlı həssas işləri araşdıran İtaliyanın hüquq-mühafizə orqanı DIGOS-un diqqətindən yayınmayıb.

Milan prokurorluğu bu iş üzrə cinayət işinin açılıb-açılmaması barədə qərar vermək üçün agentliyin nəticələrini gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717
avatar

Oxşar yazılar