80 kilodan çox narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı
23 yanvar 2025 10:08 (UTC +04:00)

80 kilodan çox narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, hadisə yanvar ayın 20-də saat 20:01-də “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

Oxşar yazılar