Gəncədə evdən tibb bacısının meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 60 yaşlı S. Cəfərovanın meyitini yaxınları aşkarlayıb.
Ölümün səbəbləri araşdırılır.
Məlumata görə S.Cəfərova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasında tibb bacısı işləyib.
Faktla bağlı araşdırma aparılır.(APA)