Vulkan Avropanı 4 milyard avro ziyana salıb
29 aprel 2010 19:00 (UTC +04:00)

Vulkan Avropanı 4 milyard avro ziyana salıb

Zərər hələ tam hesablanmayıb

İslandiyada püskürən vulkanın külünün Avropa səmasını örtməsi ilə bağlı aviareyslərin təxirə salınması qoca qitənin dövlətlərini ciddi ziyana salıb.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Avropa iqtisadiyyatına 4 milyard avroya yaxın ziyan dəyib.
Avropa Birliyinin sənaye üzrə komissarı Antonio Tayani deyib ki, təkcə turizm sektorunun zərəri 1 milyard avronu keçir. Hələ aviareyslərin təxirə salınması nəticəsində müştərilərini itirən digər sahələrə dəymiş zərər hesablanmayıb.
Aviaşirkətlərin özlərinə dəyən zərərin miqdarı isə 1,5-2,5 milyard avrodur. Təyyarə ilə daşınan yüklərin çatdırılmamasına görə sənaye müəssisələrinin üzləşdiyi itkisi də hələ hesablanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288

Oxşar yazılar