Məşhur modelyer özünü asdı
29 aprel 2010 13:45 (UTC +04:00)

Məşhur modelyer özünü asdı

Britaniyalı məşhur modelyer Aleksandr Makkuin intihar edib.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, 40 yaşlı modelyer əvvəlcə kokain çəkib, yuxugətirici dərmandan istifadə edib, sonra isə özünü Londonun mərkəzində yerləşən mənzilində asıb.

Modelyerin dostu Pol Nepman deyib ki, o, fevralın 2-də anasının vəfat etməsindən sonra ciddi sarsıntı keçirib. Anasının ölümündən sonra Aleksandr Makkuin evə qapılıb və çölə çıxmaqdan imtina edib.

Modelyerin meyitini onun evində çalışan xadimə aşkarlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 385

Oxşar yazılar