“Zamin Bank”ın filial müdirinin cəzası dəyişdirildi
29 aprel 2010 12:30 (UTC +04:00)

“Zamin Bank”ın filial müdirinin cəzası dəyişdirildi

Bakı Apelyasiya Məhkəməsində “Zamin Bank”ın Mərkəz filialının sabiq direktorunun barəsində hökmdən verilən apelyasiya şikayətinə baxılıb.


Lent.az-ın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vidadi Xudiyevin barəsində olan birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə bankirinin həbs cəzasını 8 ilə endirib.


Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2009-cu il 29 dekabr tarixli hökmü ilə V. Xudiyev 10 müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihama görə, Bakı şəhər sakini, “Zamin Bank”ın Mərkəz filialının direktoru olmuş V.Xudiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bank sənədlərini saxtalaşdırmaqda təqsirli bilinir. Onun Bakı şəhər sakinləri Orxan Şirinov, Sərdar Qəribov və digər şəxslərin etibarlarından istifadə edərək, onların pul vəsaitlərini mənimsədiyi müəyyən edilib. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində V.Xudiyev tutulub.


Qeyd edək ki, V. Xudiyev Azərbaycan Respublikası Cinayət Məcəlləinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar