“Lotu Süleyman”ın bəraət hökmü qüvvədə qaldı
29 aprel 2010 12:00 (UTC +04:00)

“Lotu Süleyman”ın bəraət hökmü qüvvədə qaldı

Aprelin 29-da Bakı Apeyasiya Məhkəməsində kriminal aləmdə “Lotu Süleyman” adı ilə tanınan Süleyman Şirinovun barəsində olan bəraət hökmündən verilən apelyasiya protestinə baxılıb.


Lent.az-ın məlumatına görə, hakim Abid Abidinbəyovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə birinci instansiya məhkəməsinin bəraət hökmünü qüvvədə saxlayıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 17 fevral 2010-cu il tarixli hökmü ilə Süleyman Şirinov bəraət alaraq azadlığa çıxıb.


Qeyd edək ki, prokuror S.Şirinovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, Süleyman Şirinov 1997-ci il noyabrın 19-da adam oğurluğu ilə məşğul olan Abuzər Abuzərovu yaralayıb. Təqsirləndirilən 11 il istintaqdan yayınıb, 2008-ci ildə həbs edilib. O, 2000-ci ilə kimi qüvvədə olan Cinayət Məcəlləsinin 94,1.6-cı (ölümə sui-qəsd) maddəsi ilə ittiham olunub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707

Oxşar yazılar