Türkiyəni dəhşətə salan manyak yaxalandı
28 aprel 2010 16:30 (UTC +04:00)

Türkiyəni dəhşətə salan manyak yaxalandı

3 gecədə 3 qadını öldürən qatil Yunanıstana qaçmağa hazırlaşırmış


Türkiyənin İzmir şəhərində 3 gecədə tapança ilə 3 qadını öldürən serial qatil bu sabah Muğla vilayətinin Bodrum rayonunda bir avtomobildə yaxalanıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qatilin üzərində 4 min avro və pasport çıxıb.


Onun Yunanıstana qaçmağa hazırlaşdığı məlum olub. Kimliyi hələ açıqlanmayan qatilin qardaşı da həbs olunub.


Qeyd edək ki, polis dünən qatilin fotorobortunu yaymışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320

Oxşar yazılar