FHN bazardakı yanğınla bağlı rəsmi məlumat yaydı
28 aprel 2010 11:30 (UTC +04:00)

FHN bazardakı yanğınla bağlı rəsmi məlumat yaydı

Yanğın 1000-1200kv.m. sahəni əhatə edib, ölən və xəsarət alan olmayıb


Bu gün saat 09:09-da Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112 zəng mərkəzi"nə vətəndaş tərəfindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində tüstülənmə müşahidə olunub.


Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.


Yanğın hadisəsi ilə əlaqədar olaraq saat 09:19-da 3-cü dərəcəli çağırış elan olunub, saat 10:29-da yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin olaraq, yanğının ümumi sahəsinin, təxminən, 1000-1200kv.m. təşkil etdiyi bildirilib. Hadisə nəticəsindən ölən və xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 273

Oxşar yazılar