Saxta attestat satanlar tutuldu
28 aprel 2010 11:15 (UTC +04:00)

Saxta attestat satanlar tutuldu

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta attestat satan şəxslər yaxalanıb.


Lent.az DİN-in saytına istinadən xəbər verir ki, Ağdam rayon sakinləri İbrahim Hümbətov, Zülfiyyə İsmayılova və Yevlax rayon sakini Təranə Fərzəliyeva ilə əlbir olaraq Yevlax rayonu N.Nərimanov adına 9 saylı Orta Məktəbi bitirməsi barədə saxta attestatı Elşad Babayevə 400 manata satdıqlarına görə tutulublar.


Araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481

Oxşar yazılar