“8-ci kilometr bazarı”nda yanğın lokallaşdırıldı
28 aprel 2010 10:30 (UTC +04:00)

“8-ci kilometr bazarı”nda yanğın lokallaşdırıldı

Yanğın pal-paltar satılan ticarət məntəqələrində başlayıb


Bu gün Bakının Nizami rayonunda “8-ci kilometr bazarı” kimi tanınan bazarda yanğın “Diqlas” ticarət mərkəzinin arxasındakı sıralarda başlayıb. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, həmin 2 mərtəbəli sıradakı ticarət məntəqələrində pal-paltar satılırmış.


Hazırda 4 yanğınsöndürmə maşınının köməyi ilə yanğın lokallaşdırılıb, kiçik bir hissədə davam edən yanğın söndürülür. Ancaq əraziyə qatı və boğucu tüstü yayılıb.


Polis hadisə yerində iki nəfəri saxlayıb və polis maşınına aparıb. Onların malları yanan insanlar olduğu və yanğına çox yaxınlaşdığı üçün saxlanıldığı güman olunur.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 345

Oxşar yazılar