“Ziya Bünyadovun qətlinin təşkilatçılarından 2 nəfər İranda sığınacaq alıb”
27 aprel 2010 20:00 (UTC +04:00)

“Ziya Bünyadovun qətlinin təşkilatçılarından 2 nəfər İranda sığınacaq alıb”

Baş Prokuror: “Qətlin sifarişçiləri İranın konkret dini dairələridir”

Respublika Prokurorluğunun korrupsiyaya Qarşı Mübarizə İdarəsində 48 cinayət işinin istintaqı aparılır. Lent.az-ın məlumatına görə bunu Baş prokuror Zakir Qaralov Milli Məclisin bugünkü iclasında çıxış edərkən deyib. O bildirib ki, korrupsiya ilə bağlı faktların araşdırılması bundan sonra da davam edəcək.

Z.Qaralov bildirib ki, mərhum jurnalist Elmar Hüseynovun, akademik Ziya Bünyadovun qətli və Hacı Məmmədovun törətdiyi hadisələrin istintaqı açıqdır.

Baş Prokuror bildirib ki, akademik Ziya Bünyadovun qətlinin sifarişçiləri İranın konkret dini dairələridir: “Bu qətllə bağlı konkret şəxslər həbs olunub. Cinayətin təşkilatçılarından 2 nəfər – Cavanşir Aslanov və Tariyel Ramazanov isə İranda sığınacaq alıblar”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357

Oxşar yazılar