Tovuzda bir ailə torpaq altında qalıb
27 aprel 2010 19:00 (UTC +04:00)

Tovuzda bir ailə torpaq altında qalıb

Bu gün səhər saat 7-8 radələrində Azərbaycanın Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi baş verib. Sakinlərin verdiyi məlumata görə, Əkbər adlı kənd sakininə məxsus ev tamamilə uçub və beş nəfərdən ibarət bir ailə torpaq altında qalıb. (ANS PRESS)

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və rayon polis şöbəsinin əməkdaşları gəlib. Dağıntılar altında qalan şəxslərin xilasetmə işləri aparılır. Hadisə nəticəsində ölən və yaralananların olacağı istisna olunmur.

Tovuz rayon icra başçısının müavini Fikrət Tağıyevin ANS PRESS-ə verdiyi məlumata görə, uçqun altında qalan ev kənd sakini Əkbər Oruc oğlu Məmmədova məxsus olub. Artıq iki nəfər adamların köməyi ilə dağıntılar altından çıxarılıb. Onların sağ oduğu bildirilir. Daha üç nəfərin torpağın altında qaldığı ehtimal olunur.

Qeyd edək ki, evdə dörd nəfər yaşasa da, hadisə baş verən zaman ailənin ərdə olan qızı da ata evinə gəlibmiş.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar