İranda polis idarələrinə hücum – 19 ÖLÜ
01 oktyabr 2022 00:41 (UTC +04:00)

İranda polis idarələrinə hücum – 19 ÖLÜ

İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində baş verən silahlı hücumda 19 nəfər ölüb, 20 nəfər yaralanıb. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, ötən gün Zahidan şəhərində 3 polis mərkəzinə silahlı hücum olub.

Bundan başqa Zahidan şəhərində silahlı şəxslər və təhlükəsizlik qüvvələri arasında toqquşmada Sistan və Bəlucistan əyalətinin Sepah qüvvələrinin kəşfiyyat komandiri Seyid Əli Musəvi həyatını itirib.  

Silahlı şəxslər həmçinin bir neçə dövlət rəsmisinə qarşı uğursuz sui-qəsd cəhdi ediblər.

Zahidan şəhərində baş verən hadisələrlə bağlı 1 oktyabr tarixində şəhərin orta məktəblərində və universitetdə tətil elan edilib. 

Qeyd edək ki, Zahidan şəhərində baş verən terror hadisəsinin məsuliyyətini "Ceyşul-Zülm" adlı terror qruplaşmasının üzərinə götürüb.
İran təhlükəsizlik qüvvələri baş verən terror hadisəsini törətməkdə şübhəli bilinənlərdən bir neçəsinin həbs olunduğunu bildirib. Onlardan külli miqdarda silah və sursat götürülüb. 
 

# 1728
avatar

Oxşar yazılar

Ukraynaya atılan 70 raketin 60-ı vuruldu

Ukraynaya atılan 70 raketin 60-ı vuruldu

5 dekabr 2022 , 22:46
Torpaq kütləsi avtobusun üzərinə töküldü – 30 ÖLÜ 

Torpaq kütləsi avtobusun üzərinə töküldü – 30 ÖLÜ 

5 dekabr 2022 , 20:27
Təbrizdə azərbaycanlı jurnalist  saxlanıldı

Təbrizdə azərbaycanlı jurnalist saxlanıldı

5 dekabr 2022 , 14:29
Ev yandı, 90 yaşlı qadın öldü

Ev yandı, 90 yaşlı qadın öldü

5 dekabr 2022 , 04:58
Vulkan püskürdü, 2000 insan...

Vulkan püskürdü, 2000 insan...

5 dekabr 2022 , 02:56
Qonşu ölkədə binanın iki mərtəbəsi çökdü-Ölənlər var -YENİLƏNİB

Qonşu ölkədə binanın iki mərtəbəsi çökdü-Ölənlər var-YENİLƏNİB

4 dekabr 2022 , 18:38
Bu vulkan 1 il sonra yenidən püskürdü-VİDEO

Bu vulkan 1 il sonra yenidən püskürdü-VİDEO

4 dekabr 2022 , 16:00
İranda əxlaq polisi ləğv edildi

İranda əxlaq polisi ləğv edildi

4 dekabr 2022 , 14:47