ABŞ-da insan ayağını oğurlayıb yeyən şəxs həbs edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə martın 22-də cümə günü bir nəfəri qatarın vurduğu Kaliforniya ştatının Vasko şəhərində baş verib. 27 yaşlı Resendo Tellez hadisə yerinə digərlərindən tez gəlib və relslərdən kəsilmiş ayağı götürüb.
Ətrafdakı bir nəfərin çəkdiyi videoda Tellezin əlində insan ayağı səki ilə getdiyi və onu çeynəməyə çalışdığı görünür. Polis maşını ona çatanda o, kəsilmiş ayağı havaya qaldıraraq onu qarşılayıb.
Tellez müqavimət göstərmədən polisə təslim olub. O, cinayət yerindən qanunsuz olaraq sübut ələ keçirməkdə ittiham olunur. Bundan əlavə, o, əvvəllər bir neçə cinayətdə iştirak etdiyinə görə axtarışda olub.