"Crocus City Hall"da ölənlərin sayı 137 nəfərə çatıb, 180 yaralı var -YENİLƏNİB
24 mart 2024 19:13 (UTC +04:00)

"Crocus City Hall"da ölənlərin sayı 137 nəfərə çatıb, 180 yaralı var -YENİLƏNİB

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində 180 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, yaralanmış 180 nəfərdən 142-si xəstəxanaya yerləşdirilib, 32-si artıq evə buraxılıb, 38-nə isə ambulator yardım göstərilib.

Xatırladaq ki, ölkənin İstintaq Komitəsi terror aktı nəticəsində 137 nəfərin öldüyünü açıqlamışdı. Ölü sayının artacağı istisna edilmir.

 

***

18:14

"Crocus City Hall"da törədilən terror aktı nəticəsində ölən 62 nəfərin şəxsiyyəti müəyyən edilib.

Rusiya İstintaq Komitəsi hazırda ölən şəxslərin sayını 137 nəfər olduğunu bildirir.

 

 

***

12:45

Moskva vilayətinin Səhiyyə Nazirliyi Crocus City Hall-da törədilən terror aktı qurbanlarının siyahısını yeniləyib.

Lent.az xəbər verir ki, bu siyahıya görə yaralıların sayı 154 nəfərə çatıb.

Qeyd edək ki, Moskava vilayətinin “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında yaralananların sayı artıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Terror aktı nəticəsində xəsarət alanlardan 8- uşaqdır. Bundan əvvəl Səhiyyə Nazirliyi terror aktı nəticəsində 147 nəfərin öldüyünü bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4935
avatar

Oxşar yazılar