İsraildə bir kişi 20 ildir ki, arvadından boşanmadığı üçün 18 ay müddətində həbs edilib.
Lent.az-ın məlumatına görə, İsrail tarixində ikinci dəfədir ki, boşanmaqdan imtina edən şəxs cinayət məsuliyyətinə cəlb edilir.
Məlumata görə, hər ikisi ABŞ vətəndaşı olan cütlük 1997-ci ildə elə oradaca evlənib. Onların evliliyi dağılmağa başlayıb və 2004-cü ildə arvad ABŞ-ın ravvinlər məhkəməsinə boşanmaq üçün müraciət edib. Kişi isə boşanmaqdan imtina edib. Nəticədə qadın illərdir başqa biri ilə evlənə bilməyib.
Qadın 2011-ci ildə İsrailə ailə səfəri zamanı İsrail ravvin məhkəməsinə müraciət edib. İş İsrailin Aqunotun Qarşısının Alınması Departamentinə verilib və kişinin ölkədən çıxışı qadağan edilib.
Ravvin məhkəməsi ona boşanmağı tələb etsə də, o, rədd edib.
Kişi 2012-ci ildə 7 il müddətində İsraildə həbs edilib. Sonda qadın məhkəmədən prosesi dayandırmağı xahiş edib və kişi sərbəst buraxılıb.