“Türkiyə ilə aparılan danışıqlarda hələlik razılıq əldə olunmayıb”
27 fevral 2010 15:00 (UTC +04:00)

“Türkiyə ilə aparılan danışıqlarda hələlik razılıq əldə olunmayıb”

“Nəql olunan mavi yanacağın qiyməti ilə bağlı Azərbaycanla Türkiyə arasında danışıqlar hələ davam edir və tam razılığın əldə olunması barədə danışmaq tezdir”.


APA-ECONOMICS”in məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətin prezidenti Rövnəq Abdullayev verib.


Onun sözlərinə görə, danışıqlar üç əsas istiqamətdə aparılır ki, bunlar Türkiyəyə ixrac edilən qazın qiyməti, qazın həcmi və tranzit qiymətlə bağlıdır: “Azərbaycan bu məsələlərə paket şəklində yanaşır, bu səbəbdən bu üç məsələdən hər hansı birində razılığın əldə olunmaması digər məsələlərə də təsir edir”.
# 634

Oxşar yazılar