Bakıda evdən külli miqdarda qızıl və bahalı silahlar oğurlandı
27 dekabr 2015 11:35 (UTC +04:00)

Bakıda evdən külli miqdarda qızıl və bahalı silahlar oğurlandı

0

Bakıda evdən xeyli miqdarda qiymətli əşyalar oğurlanıb. Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində baş verib. Həmin küçədə yaşayan Əliyev Elxan Zülfi oğlu polisə müraciət edərək bildirib ki, dekabrın 27-nə keçən gecə saat 23 radələrində naməlum şəxsvə ya şəxslər evin nəfəsliyinin dəmir barmaqlıqlarını qıraraq mənzilə daxil olublar. Evdən 11 min manat dəyərində qızıl-zinət əşyaları, 700 manat nəğd pul, İtaliya istehsalı olan tapança və dəyəri 5 min manatdan çox olan qoşalülə tüfəng oğurlanıb.

 

Müraciət əsasında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 765

Oxşar yazılar