Xalq artisti Zülfiyyə Xanbabayeva yeni klip çəkdirib.
Lent.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib. “Sonuncu oyun” adlı mahnısına çəkdirdiyi klipinin təqdimatı avqustun 16-da baş tutacaq. Xalq artisti klipdən kiçik bir video paylaşıb. Mahnısında sadəcə “Mən istəmirəm daha səni” sözlərinin yer aldığı klipin görüntüləri də diqqət çəkib. Ehtiraslı görüntülərin yer aldığı videoya sənətçinin izləyiciləri tərəfindən çoxsaylı şərhlər gəlib.