Rəşad Dağlı
12 noyabr 2022 15:11 (UTC +04:00)

Rəşad Dağlı

Wolt sürücüləri Rəşad Dağlıya belə dəstək oldular - VİDEO

Bakıda "Wolt" kuryerləri meyxanaçı Rəşad Dağlıya dəstək aksiyası keçiriblər.

Lent.az xəbər verir ki, çatdırılma şirkətinin kuryerləri çantalarının arxasına Rəşadın fotosunu vurublar. Həmin fotoların altında isə meyxanaçının son zamanlar məşhurlaşan narkotacirlərə qarşı, həmçinin həbsxanaya düşmək barədə dediyi misraları yazılıb.

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı bir neçə gün əvvəl Qaradağ rayonu Lökbatan qəsəbəsində 43 yaşlı İskəndər Mehtiyevi bıçaqlayaraq öldürüb. Məlumatlara görə, İ. Mehtiyev əvvəllər narkotik satışına görə həbs olunub.

Rəşad Dağlı barəsində isə məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

# 5211
avatar

Mehman Nəbiyev

Oxşar yazılar