ABŞ-ın Kaliforniya ştatında Sakramentodan San Dieqoya uçan təyyarədə sərnişinlə stüardessa arasında dava olub.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, stüardessa qadın sərnişinə maskasını düzgün taxmasını istəyib. Qadın buna çox əsəbiləşib və nəticədə onlar əlbəyaxa davaya çıxıblar. O, stüardessaya dəfələrlə yumruq vuraraq, onun dişlərini sındırıb.
Bundan sonra digər sərnişinlər müdaxilə ediblər və qadını sakitləşdiriblər.
Qeyd edək ki, Vianna Quinonez adlı sərnişinə etdiyi hərəkətə görə 20 il həbs tələb olunub.
Həmin anların görüntülərini təqdim edirik: