Moskva vilayətinin Kubinka bölgəsində hərbi təyyarənin qəzaya uğraması ilə bağlı yeni məlumat yayılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, İl-112B təyyarəsinin qəzaya uğraması nəticəsində 3 ekipaj üzvünün hamısı həlak olub.
***
13:32
Rusiyanın Moskva vilayətinin Kubinka bölgəsində hərbi təyyarə təlim vaxtı qəzaya uğrayıb.
Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, “İL-112V” hərbi təyyarəsinin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.
Bildirilir ki, təyyarədə 3 nəfər olub. Onların axtarış və xilasetmə işləri davam edir.
Qeyd edək ki, bu təyyarə 22-28 avqust tarixində keçiriləcək Ordu-2021 forumunda iştirak etmək üçün Voronejdən Jukovskiyə uçub.
Sevinc Fərid