Sərxoş halda Gəncədən Bakıya  sərnişin daşıyan avtobus sürücüsü həbs edildi
17 dekabr 2024 11:26 (UTC +04:00)

Sərxoş halda Gəncədən Bakıya sərnişin daşıyan avtobus sürücüsü həbs edildi

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən sərxoş vəziyyətdə avtobus idarə edən sürücü ifşa olunub.

İdarədən Lent.az-a verilən xəbərə görə, qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən Gəncə şəhər sakini Mehman Məmmədovun idarə etdiyi avtobus 9-cu taqımın əməkdaşları tərəfindən stasionar posta saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığında onun tibbi müayinədən keçməsi təmin edilib.

Fakt təsdiqini tapdığı üçün sərnişinlərin gedişi təmin edilməklə sürücü barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən Mehman Məmmədov sürücülük hüququ 2 il məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhdid yaradan belə hallara qarşı ən kəsərli tədbirlərin görüləcəyini bildirir və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları çalışdıqları sahədə daha da məsuliyyətli olmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2842

Oxşar yazılar

Bakıda polis bataqlığa düşən sürücünü belə xilas etdi - VİDEO

Bakıda polis bataqlığa düşən sürücünü belə xilas etdi - VİDEO

16 aprel 2025 , 16:39
Binə və Zabratın yollarını su basdı - VİDEO

Binə və Zabratın yollarını su basdı - VİDEO

16 aprel 2025 , 11:17
"Bağırov" tunelindən SON GÖRÜNTÜLƏR

"Bağırov" tunelindən SON GÖRÜNTÜLƏR

16 aprel 2025 , 10:49
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

16 aprel 2025 , 10:30
Görün kolbasalara nələr qatırlar – DİQQƏTLİ OLUN!  -VİDEO

Görün kolbasalara nələr qatırlar – DİQQƏTLİ OLUN! -VİDEO

15 aprel 2025 , 16:22
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

15 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

14 aprel 2025 , 10:00
Jurnalistin canlı efirdə başına  quş qondu   -VİDEO

Jurnalistin canlı efirdə başına quş qondu -VİDEO

13 aprel 2025 , 13:47