Quşlar giləmeyvə yeyib "sərxoş" oldular - VİDEO
28 oktyabr 2022 19:11 (UTC +04:00)

Quşlar giləmeyvə yeyib "sərxoş" oldular - VİDEO

Rusiyanın Moskva vilayətində şəhərətrafı qəsəbələrdə sərxoş quşlar peyda olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ornitoloq bunu quşların mayalanmış giləmeyvə yeməsi ilə əlaqələndirir.

Nəticədə quşlar özlərini itirir və qeyri-adekvat davranmağa başlayırlar. Sakinlər quşların sərxoşluğunu belə təsvir edirlər:

“Sərxoş quşun görünüşü belədir. Giləmeyvə yedi. Ümumiyyətlə, uçmaq istəmir, bir gözü bağlıdır”.

Rusiya Quşları Mühafizə İttifaqının tədqiqatçısı Yelena Çernova belə bir vəziyyətli quşla qarşılaşdıqda nə etməli olunduğunu açıqlayıb.

Onun sözlərinə görə, quşlar mayalanmış giləmeyvəni adi giləmeyvələrdən daha çox zövqlə yeyirlər:

"Alkoqol bir insanda olduğu kimi quşlara da təsir edir və bundan sonra davranışın ümumi adekvatlığı nəzərəçarpacaq dərəcədə azalır. Quşu bir qutuya qoyub, qaranlıq sakit yerdə bir neçə saat tək saxlamalısan. Belə olduğu halda quş yatacaq. Bundan sonra, onu təhlükəsiz şəkildə təbiətə buraxa bilərsiniz. Quş oyananda çox susayacaq" deyə o, izah edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3420
avatar

Oxşar yazılar