Qəbələdə 5 kəndin bir körpüsü var, o da qəzalı  - VİDEO
22 may 2025 14:32 (UTC +04:00)

Qəbələdə 5 kəndin bir körpüsü var, o da qəzalı - VİDEO

Azərbaycanda turizm deyəndə ağla qeyd-şərtsiz Qəbələ gəlir. Təbiəti, mətbəxi, naz-nemətləri ilə insanları valeh edən bölgədə lap bənzədiyi Monakonun knyazlarını heyrətə salacaq qədər pul qazanmaq olar. Di gəl ki, hər şey Qəbələnin "üçqulaq" paxlavası kimi asan deyil. Buranın elə kəndləri var ki, oraya gedib çatınca nəinki bütün pulun, az qala canın çıxır.

Lent.az xəbər verir ki, sadaladığımız problemlə bağlı sosial problem APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb:

Qəbələnin Bayramkoxa kəndi rayon mərkəzindən 25 km aralıda, kəndlərin arasında yerləşir. Oraya  getmək üçün hava limanı istiqamətinə bir neçə km asfalt yolu avtomobillə qət edib Hacallı kəndinin yanında dayanmaq lazımdır. Möhtəşəm təbiətə malik olan bu kəndi Dəmiraparan çayi iki hissəyə bölür. Kəndə aid olan əkin sahələrinin 70 faizindən çoxu da çayın digər tayındadır. Vay o günə ki körpü işləməsin. Əhali sayı 1300-dən artıq olan kənddə 270-dən çox təsərrüfat mövcuddur. Bir neçə kəndin bir qəbiristanlığı var. Hamı eyni körpüdən istifadə edir. Təsəvvür edin ki, bir az güclü yağış yağdı, sel gəldisə - körpü yoxdur.

Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1360

Oxşar yazılar

Şəhərin mərkəzində dayanacaq yoxdur -VİDEO

Şəhərin mərkəzində dayanacaq yoxdur -VİDEO

18 iyun 2025 , 18:20
Bakıda avtobuslar niyə yoxa çıxır? -VİDEO

Bakıda avtobuslar niyə yoxa çıxır? -VİDEO

18 iyun 2025 , 16:50
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

18 iyun 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15