Peşəkar sirk artisti, saçlardan asılmaqla bağlı çıxışları ilə tanınan qadın 2011-ci ildən bəri mövcud olan rekord
qırıb.
Lent.az xarici mediaya istinadla bu görüntüləri təqdim edir:
39 yaşlı Leyla Nun saçlarından asılmış vəziyyətdə 25 dəqiqə 11,3 saniyə qalıb. O, bu rekordu Kaliforniyada yerləşən Redvud Milli Parkında, füsunkar təbiət mənzərəsi fonunda qırıb. Əvvəlki rekord 2011-ci ildə avstraliyalı Suthakaran Sivaqnananthuray tərəfindən 23 dəqiqə 19 saniyə ilə müəyyən edilib.
Leyla bu rekordu qırmaq üçün iki il məşq edib və dözümlülüyünü inkişaf etdirib. Leyla bildirib ki, insan ağlının gücü ilə nəyə qadir olduğunu göstərmək istəyib. Dostları gitara ifa edərək onu incə musiqi ilə müşayiət etdiyi vaxtda o, heyrətamiz güc nümayiş etdirib.
"American Ninja Warrior" şousunda da çıxış etmiş artistin sosial şəbəkələrdə minlərlə izləyicisi var. O, tez-tez saçlardan asılmaq, ayaqları ilə ox atmaq və müxtəlif akrobatik fəndlər kimi təsirli görüntülər paylaşır.
Bundan əvvəl isə çinli domino mütəxəssislərindən ibarət komanda pəncərə və qapı istehsalçısı bir şirkətlə birləşərək 51 725 oyun kartını domino kimi yıxaraq Ginnesin rekordlar kitabına düşüb.