Çox nadir hallarda ictimaiyyət qarşısına çıxan və məlum olduğu kimi Ağ evdə qalmaq fikrində olmayan Melaniya Trampın ABŞ prezidenti Donald Trampla evliliyi ilə bağlı sensasion açıqlama verilib.
ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp faktiki olaraq “ayrılıblar” və ayrı həyat sürürlər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunu bioqraf Maykl Volf iddia edir. O, əvvəllər Tramp haqqında bir neçə kitab yazıb.
"Bu cütlük bizim evliliyi anladığımız kimi yaşamır", - Volf “The Daily Beast” podkastında deyib. "Əslində, çox aydın şəkildə deyə bilərəm ki, onlar ayrı həyat yaşayırlar. ABŞ prezidenti və birinci xanım ayrılıblar".
İddiaya görə, Melaniya Tramp ərinin yanvarın 20-də andiçmə mərasimindən sonra Ağ evdə iki həftədən az vaxt keçirib. Melaniya Tramp son aylarda çox az ictimaiyyət qarşısında görünüb, prezident Trampla yanaşı yalnız bir neçə tədbirdə iştirak edib.
Bunlara Papa Fransiskin dəfn mərasimi və Ağ evdə keçirilən ənənəvi Pasxa tədbiri daxildir.
Ağ Evin kommunikasiya direktoru Stiven Çunq iddiaya sərt reaksiya verib. O, Volfun şərhlərinə sərt reaksiya verib və müəllifi “reallıqla əlaqəsi olmayan bədbəxt” adlandırıb.
Başqa bir cavab 1995-ci ildə Milanda keçmiş model Melaniya Trampı kəşf edən və onu Trampla tanış edən keçmiş model agentliyinin sahibi Paolo Zampollidən gəlib.
"Melaniya Ağ evi sevir və birinci xanım olmaqdan qürur duyur", - Zampolli deyib.