Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan Kənan Qurbanlı tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, itkin kimi axtarışı elan olunan, 28 yaşlı Qurbanlı Kənan Vaqif oğlunu Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tapıblar. Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.
Qeyd edək ki, ötən ilin oktyabrında itkin düşən Kənanın dənizdə batdığı ehtimal edilirdi.