Şəkərli diabetin çarəsi: Gündə 3 fincan
02 iyul 2025 10:19 (UTC +04:00)

Şəkərli diabetin çarəsi: Gündə 3 fincan

Son araşdırmalar göstərir ki, çayın müntəzəm və kifayət qədər miqdarda istehlakı II tip şəkərli diabetin qarşısını almaqda faydalıdır. Alimlər bu nəticəyə iki mərhələli tədqiqat əsasında gəliblər və bu mövzuda 20-yə yaxın elmi araşdırmanın məlumatlarını təhlil ediblər.

Bu barədə Lent.az xarici mediaya istinadən xəbər verir. 

Çay şəkərə qarşı necə kömək edir?

Tədqiqatın ilk mərhələsində alimlər 12 il ərzində 5 min yetkin insanın sağlamlıq vəziyyətini izləyiblər. Onlardan təxminən yarısı gündəlik olaraq çay içib. Lakin ilkin nəticələr göstərib ki, çay içənlər və içməyənlər arasında şəkərli diabetə yoluxma səviyyəsi demək olar ki, eyni olub.

Daha sonra aparılan geniş təhlil nəticəsində 19 müstəqil araşdırmanın nəticələri ümumiləşdirilib. Bu zaman məlum olub ki, çay həqiqətən də profilaktik təsir göstərə bilər, lakin yalnız müntəzəm və kifayət qədər miqdarda qəbul edildikdə. Gündə 1-3 fincan çay içən insanlarda II tip diabet riski 4% azalır. 4 və ya daha çox fincan çay içənlərdə isə bu risk 17%-ə qədər azalır. Bu təsir çayın növündən asılı olmayaraq (qara çay, yaşıl çay və s.) müşahidə olunub və həm kişilərdə, həm də qadınlarda eyni dərəcədə qeydə alınıb.

Hansı maddə faydalıdır?

Alimlər hələ də çayın tərkibində hansı maddənin bu qədər qoruyucu təsir göstərdiyini tam olaraq müəyyən etməyiblər. Buna baxmayaraq, çayın balanslı və müntəzəm istehlakı metabolik xəstəliklərin, xüsusilə də şəkərli diabetin profilaktikasında əhəmiyyətli rol oynaya bilər.

Şəkərli diabetin qarşısını almaq üçün başqa nələr faydalıdır?

Çaydan əlavə, aşağı qlikiemik indeksə malik məhsullar da qan şəkərinin sabit qalmasına kömək edir. Burada tam taxıllar, paxlalılar, tərəvəz və giləmeyvələr, ağlam yağlar (zeytun yağı, avokado və s.) Həmçinin müntəzəm fiziki aktivlik, yuxu rejiminə əməl etmək və stresin idarə olunması kimi həyat tərzi faktorları da şəkərli diabet riskinin azaldılmasında mühüm rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 976

Oxşar yazılar