Yekaterinburqda daha bir azərbaycanlının həbs müddəti uzadıldı
02 iyul 2025 10:53 (UTC +04:00)

Yekaterinburqda daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi müstəntiqin vəsatətinə baxaraq, Şahin Məmmədali oğlu Lalayev barəsində həbs qətimkan tədbiri seçib.

Lent.az-ın məlumatına görə, APA-nın Rusiya bürosu xəbər verir ki, məhkəmə iyunun 29-da barəsində təyin etdiyi 3 sutkalıq həbs qətimkan tədbirinin uzadılması barədə qərar çıxararaq Lalayevi iyulun 19-na kimi İstintaq təcridxanasına göndərib.

Qeyd edək ki, Lalayev iyunun 26-da, Səfərov qardaşlarına qarşı keçirilən əməliyyatlardan bir gün öncə saxlanılıb. Amma onlar eyni gündə, iyunun 29-də məhkəmə qarşısına çıxarılıb.


İbtidai istintaq orqanları Lalayevə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi, 33-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar