Sulutəpə ərazisi Ruslan Allahverdiyev küçəsində çirkab sular küçəyə axıdılır. Sakinlər bildirirlər ki, problem illərdir həllini tapmır.
Lent.az xəbər verir ki, bu sosial problem APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb:
Sudan yolu keçmək olmur, uşaqlar məktəbə gedib-gələ bilmir. Məktəbə daxil olanda pis iy gəlir. Bunlar kanalizasiya sularıdır.
Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.