Ev də əldən çıxır, maşın da – 8 uşaq atasının İDDİASI  -VİDEO
15 may 2025 09:33 (UTC +04:00)

Ev də əldən çıxır, maşın da – 8 uşaq atasının İDDİASI -VİDEO

“Kazımovlar ailəsi Beyləqanın Yeni Mil qəsəbəsində yaşayır. Onlar ata ana və səkkiz uşaq olmaqla on nəfərdən ibarətdir. Ailə başçısı Bəhruz Kazımov əməkdaşlarımızla həmsöhbət olarkən iddia edib ki, o "Anadolu lizinq" MMC ilə aralarında bağlanmış müqavilədən sonra 25 min manat məbləğində maliyyə fırıldaqçılığına məruz qalıb”. 

Lent.az xəbər verir ki, bu məsələ APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb:  

Məsələyə bir qədər də aydınlıq gətirmək üçün ünvanladığımız sualları Bəhruz Kazımov cavablandırıb. Onun dediyinə görə problem yaranan gündən sonra 45 günlük gecikməyə görə qarşı tərəf 12 min manatdan çox dəbbə haqqı istəyib. Həyat yoldaşı onkoloji xəstəlikdən müalicə alan ailə başçısı qarşıladığı problemə aydınlıq gətirilməsini istəyir.
Məsələ ilə bağlı "Anadolu lizinq"in də münasibəti öyrənilib. Göndərilən sorğuya cavab belə olub: “Şirkətimizə məxsus avtomobil Kazımlı Faiq Elçin oğlunun istifadəsinə verilib. Müqavilə öhdəliklərinin pozulması səbəbindən borc məbləği yaranıb. Borcun qaytarılması və mülkiyyətimizə məxsus avtomobilin geri qaytarılması məqsədi ilə tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət edilib. Şəxs dəfələrlə şirkətimizə və müxtəlif qurumlara müraciət edib, müraciəti müvafiq qaydada cavablandırılıb. Bir sıra güzəştlə bağlı təkliflər edilsə də Faiq Kazımlı bunu qəbul etməmiş, hazıradək şirkətimizə məxsus avtomobili qanunsuz olaraq özündə saxlamaqdadır. Məhkəmənin yekun qətnaməsindən asılı olaraq əlavə məlumat təqdim edə bilərik”. 

Görünən odur ki, Kazımovlar ailəsini narahat edən bu məsələ məhkəmə qərarı ilə yekunlaşacaq. 
Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544

Oxşar yazılar