Bakıda qadına qarşı dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail rayonu ərazisində bir nəfər 36 yaşlı qadının etibarından sui-istifadə edərək 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətmiş 37 yaşlı A.Abdurahmanov saxlanılıb.