İnternetdə daxili orqanlarını  satmaq istəyirdi, saxlanıldı
15 may 2025 14:54 (UTC +04:00)

İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı

Qazaxıstanın Aktobe vilayətində daxili orqanlarını internet vasitəsilə 15 milyon tengəyə (29,5 min dollar) satmağa cəhd edən şəxs saxlanılıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, həmin şəxs Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən internetdə məlumatların monitorinqi zamanı aşkar edilib.

Onun barəsində insan orqan və toxumalarının qanunsuz götürülməsi maddəsi ilə cinayət işi açılıb. Bu maddəyə əsasən, beş ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1210

Oxşar yazılar