Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 13:16 (UTC +04:00)

Sizi güldürəcək 8 komediya serialı

Əgər düşünürsünüzsə ki, artıq bütün komediya seriallarına baxmısınız, o zaman nəticə çıxarmaqda tələsməyin. Bəzi layihələr diqqətdən kənarda qalmış ola bilər. Amma onlar mütləq izlənilməyə layiqdir!

Lent.az sizi güldürəcək 8 komediya serialını təqdim edir.

"Bruklin 9-9"

Nyu-York polisindəki işlərdən bəhs edən komediya serialı. Sarsaz və bir az məsuliyyətsiz detektiv Cek Peraltanın həyatı, ciddi və intizamlı kapitan Holt bölmə rəisi olduqdan sonra tamamilə dəyişir. O və digər personajlar həm cinayətləri araşdırır, həm də komik vəziyyətlərə düşürlər.

"İcma"

Ali təhsil almağa çalışan bir qrup tələbədən bəhs edən serial. Onlardan biri – kinayəli və əvvəl vəkil olmuş Ceff Viqner – lisenziyasını itirdiyi üçün yenidən diplom almağa məcburdur. Onunla birgə oxuyanlar isə öz qəribəlikləri ilə tanınır və tez-tez absurd situasiyalara düşürlər.

"Yenigələn"

Optimist, amma sevgidə bəxti gətirməyən ibtidai sinif müəlliməsi Cess sevgilisindən ayrıldıqdan sonra yeni ev axtarmağa məcbur qalır. Dostuna güvənərək köçdüyü mənzildə üç maraqlı oğlan yaşayır. Bu andan etibarən hər kəsin həyatı tamamilə dəyişir.

"Ata"

İyirmi yaşlarında olan subay Ben bir gün qapısında körpə tapdıqda qəfil ata olur. Hakim ana Bonni, böyük qardaşı Danni və iki yaxın dostu Taker və Rayli ilə birgə qızına yaxşı ata olmaq üçün həyatını dəyişdirməyə çalışır.

"Şitts Krik"

Kanadalı sitkom Roze ailəsindən bəhs edir. Var-dövlətlərini itirdikdən sonra bir zamanlar əyləncə üçün aldıqları Şitts Krik adlı kiçik bir qəsəbəyə köçməli olurlar. İndi isə oradakı yerli sakinlərlə birgə yeni həyata uyğunlaşmağa çalışırlar.

"90-cı illərin şousu"

1995-ci ilin yayını Viskonsin ştatında nənə-babası – Red və Kitti ilə keçirən qız Leadan bəhs edir. O, yeni yeniyetmələrlə tanış olur, münasibətlər qurur və yaşına uyğun klassik situasiyalarla qarşılaşır.

"Qonşuluq" 

Deiv Conson ailəsi ilə birlikdə Los-Ancelesin əsasən afroamerikalıların yaşadığı məhəlləsinə köçür. Amma burada hamı yeni qonşularla mehriban münasibət qurmaq istəmir.

"Amerika ailəsi"

Komediya serialı bir-biri ilə qohum olan, amma tamamilə fərqli üç ailədən bəhs edir. Evdar qadın Kler əri ilə birlikdə yaşayır, atası Cey özündən xeyli cavan bir xanımla evlidir, qardaşı Miçell isə partnyoru ilə birlikdə Vyetnamdan övladlığa götürdükləri uşağı böyüdür.

Bu serialların hər biri sizi özünəməxsus yumoru ilə güldürəcək!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar