71 yaşlı məşhur aktyor Ceki Çan özü yerinə yetirdiyi təhlükəli tryuklardan nə vaxt imtina edəcəyini açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, aktyor etiraf edir ki, onun aktyorluğa yanaşması olduqca təhlükəlidir və tryuklar qrafika vasitəsilə yenidən yaradılıb əvəz edilə bilər. Lakin o hesab edir ki, qrafikadan istifadə etmək səhnənin reallığını azaldır.
“Mən hər zaman tryukları özüm yerinə yetirirəm. Bu, məni olduğum kimi göstərir. Və mən bunu təqaüdə çıxana qədər davam etdirəcəyəm – amma heç vaxt təqaüdə çıxmayacağam”, - aktyor bildirib.
Bundan əvvəl isə məlum olmuşdu ki, məşhur bir amerikalı Qazaxıstanlı maliyyəçiyə fokuslar öyrədib.