Hadisə anı
30 dekabr 2021 15:46 (UTC +04:00)

Hadisə anı

Polis Bakıda baş verən quldurluğun VİDEOSUNU yaydı

Bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda sanitar qovşaqda baş verən quldurluqla bağlı xəbər vermişdik.

Lent.az xəbər verir ki, sözügedən hadisənin təfərrüatları məlum olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 23-də metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən banklardan birinə daxil olan zərərçəkən orada 10 min manat dəyərində ABŞ dolları xırdalayıb. Daha sonra naməlum şəxs bankdan çıxan zərərçəkəni izləyərək onun baş nahiyyəsinə dəmir parçası ilə vuraraq pulu götürüb və hadisə yerindən yayınıb. Zərərçəkən ərazi üzrə Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rafiq Kərimov tutularaq istintaqa təqdim edilib. O, ifadəsində həmin gün zərərçəkənin pul xırdaladığını müşahidə edəndən sonra onu izlədiyini bildirib. Zərərçəkən sanitar qovşağına gedən zaman isə ona hücum edərək pulu ələ keçirdiyini etiraf edib. Cinayət baş verən vaxt həmin şəxsin görüntüləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Hadisə ilə əlaqədar 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami rayon Polis İdarəsinə göndərilib.

Fakta bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə  cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bakıda tualetdə quldurluq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6675
avatar

Mehman Nəbiyev

Oxşar yazılar