Bakıda quldurluq hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb. Bakı şəhər sakini 62 yaşlı Eldar İbrahim oğlu Mirzəyev sanitar qovşağına (tualet) girərkən naməlum şəxs onun başına dəmir linglə (lomla) vuraraq, üzərində olan 12 min manat pulu götürərək qaçıb.
E. Mirzəyev xəsarətlə xəstəxanaya yerləşdirilib. Nizami rayon Polis İdarəsinin cinayət axtarış qrupu hadisəni törədən şəxsin axtarışlarına başlayıb.