Sentyabrın 27-də günorta radələrində Moskvanın qərbində gənc oğlan intihar edib.
Lent.az xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb. Hadisə şahidlərinin sözlərinə görə, gənc oğlan Koştoyantsa küçəsindəki binanın 23-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxıb.
Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qonşu mənzilə daxil olaraq həmin şəxslə danışmağa çalışıblar. Bəzi məlumatlara görə, səhər o, artıq intihara cəhd edib, lakin anası onu xilas edib. Bundan sonra kişi özünü otağa bağlayıb və pəncərəni açıb.
Məlumata görə, gənc oğlan dünən nişanlısından ayrılıb. Onun bu səbəbdən intihar etdiyi bildirilir.