Şri-Lankada maraqlı hadisə baş verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, meymun ona hər gün yemək verən kişinin dəfn mərasiminə gəlib.
Qeyd edək ki, həmin meymun ölən şəxsə məxsus deyilmiş, vəhşi həyat sürürmüş.
Sosial şəbəkələrdə bu görüntülərə çoxlu sayda şərhlər gəlib, “nankor insanlar meymundan örnək alsınlar” şəklində fikirlər bildirilib.