Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson "Hot Boxing Podcast”ın çəkilişi zamanı skeytborddan yıxıldığını açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, video eyniadlı “YouTube” kanalında yerləşdirilib.
56 yaşlı Tayson skeytbordun üstünə çıxsa da, ayaq üstə dayana bilməyib və arxadakı stula yıxılıb. Sonradan əmin edib ki, hər şey yaxşıdır. Keçmiş boksçu videoya "Kreslo olduğu üçün bəxtim gətirdi, əks halda bir hoverboardun inkişafı ilə kabusumu təkrarlayardım", - deyib.
Sentyabrın 21-də Tayson səhhətinin pisləşməsindən yaranan ağrılardan danışıb. “Məndə bəzən siyatika (siyatik sinirin nevralgiyası – red.) ağırlaşır. Bu baş verəndə mən danışa bilmirəm!”, - paylaşıb. Avqustun 19-da Tayson Mayami hava limanında əlil arabasında görünmüşdü.
Amerikalı 2005-ci ildə karyerasını başa vurub. 1987-1990-cı illərdə o, ağır çəkidə şəksizqat dünya çempionu olub. Tayson 58 döyüş keçirib, 50 qələbə qazanıb (44 nokautla) və altı məğlubiyyət alıb. Onun iştirakı ilə daha iki döyüş etibarsız sayılıb.