Mexikoda çökən körpü yerindən görüntü
04 may 2021 11:08 (UTC +04:00)

Mexikoda çökən körpü yerindən görüntü

Körpü metro vaqonları ilə birlikdə çökdü, ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB

Mexikoda metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Mexikonun meru Klaudia Şeynbaum məlumat verib.

Ölənlər arasnda yetkinlik yaşına çatmayanlar da var. 49 nəfərin xəstəxanalara yerləşdirildiyi, onlardan 7-nin vəziyyətinin ağır olduğu bildirilir. 

***

10:03

Mexikoda metro qatarının keçdiyi körpünün çökməsi nəticəsində 10-dan çox adam ölüb, 70-ə yaxın yaralı var. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, metro körpüsü Olivos stansiyası yaxınlığında, qatar keçən an çöküb. Qəzaya səbəb bir avtomobilin konstruksiyanın sütunlarından biri ilə toqquşmasıdır.

Hadisə yerinə onlarla təcili yardım maşını, yanğınsöndürənlər və xilasedicilər gəlib. Dağıntı altında metro xətti altından keçən yolla hərəkət edən bir neçə maşın da qalıb. 
 

Körpü metro vaqonları ilə birlikdə çökdü,

# 5784
avatar

Oxşar yazılar