İranın bu şəhəri etirazçıların əlinə keçdi - VİDEO  - YENİLƏNİB
27 oktyabr 2022 16:30 (UTC +04:00)

İranın bu şəhəri etirazçıların əlinə keçdi - VİDEO - YENİLƏNİB

Qərbi Azərbaycanın Soyuq Bulaq şəhəri tam olaraq etirazçıların əlinə keçib.

Lent.az xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb. 

***

saat 15:50

İranda etirazçılar bir şəhərə nəzarəti ələ keçiriblər.

Lent.az bu barədə “MOUZE” teleqram kanalına istinadən xəbər verir.

Kanalın yaydığı məlumata görə, Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhər İcra Hakimiyyətinin binası etirazçıların nəzarətinə keçib.

Sözügedən dövlət binasını yandıran qəzəbli kütlə “ölüm olsun diktatora!” şüarı səsləndiriblər. Daha sonra ərazidə atışma baş verib.

Həmçinin Soyuqbulağın bir çox dövlət müəssisələri və SEPAH-ın ofisi da etirazçıların əlinə keçib.

Görüntüləri təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7014
avatar

Oxşar yazılar