Güney Azərbaycanın Xoy şəhərində baş vermiş zəlzələdən əziyyət çəkən insanlara hələ də kömək edilmir.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, uşaqlar, yaşlılar hələ də gecəni küçələrdə keçirirlər. Soydaşlarımız bu bərbad şəraitə artıq dözə bilmirlər.
Bu biganəliyə səssiz qalmayanlardan biri də güneyli bir anadır. O, molla rejiminə qarşı fəryad edərək “Yemək tapmırıq, acından ölürük!” kimi ifadələr səsləndirib.
Həmin görüntüləri təqdim edirik: