Bakıda davam edən güclü külək fəsadlar törədib.
Lent.az xəbər verir ki, güclü külək paytaxtın "8-ci kilometr" qəsəbəsində hündürmərtəbəli yaşayış binasının damını uçurub.
Nəticədə binanın damı həyətə düşüb. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Bundan əlavə, külək tikilməkdə olan evi də uçurub. Həmçinin, başqa bir yerdə isə küləyin təsirindən ağac avtomobillərin üzərinə aşıb.